Çex toyuqları
Ənənəvi Çex toyuqlarının cinsləri
Şumava toyuğu
Şumava toyuqlarının xüsusiyyətləri
İndiki şumava toyuq cinsi orta boydadır. Bu toyuq cinsi 20-ci əsrin ikinci yarısında Çexiya da qalan əsl şumava toyuqlarından yetişdirilmişdir. O çox temperamentli, qorxaq,ehtiyatlı, yemləmə və yetişdirilməyə tələbsizdir, dözümlü və qida axtarmaqda çox aktiv bir cinsdir. Cücələrin bədən çəkiləri və lələkləri sürətlə artır. Çoxlu yumurta və ət verir. Çəhrayı darağı onun şaxtaya davamlığını göstərir. Bu cinsi sərt ekoloji şəraitə uyğun edir. Şumava toyuqları yarı əsir həmçinin böyük otarmalarda sərbəst yetişdirilə bilərlər.
Xoruzun çəkisi – 2,9–3,6 kg., toyuğun – 2,4–3,1 kg. İldə 180-dan çox yumurta verir, birinin çəkisi 5 8g. Yumurtanın rəngi qəhvəyi. Toyuğun əti yüksək keyfiyyətli, dadlı və yumşaqdır. Toyuqlar nadir hallarda kürt yatırlar.
Halqanın ölçüsü
xoruz 20 mm
toyuq 18 mm
Balacaboy Şumava toyuqları
Cırtdan Şumava toyuq cinsi 20-ci əsrin yarısında yetişdirilib. Xoruzun çəkisi – 1,1–1,4 kg., toyuğun – 0,9–1,2 kg. İldə toyuq 120 ədədə kimi yumurta verir, hər yumurtanın çəkisi 40 g. Cırtdan Şumava cinsindən ancaq qızıl rəngli qara səppəli və qara quyruqlu toyuqlar saxlanılıblar.
Halqanın ölçüsü
xoruz 15 mm
toyuq 13 mm