Çex toyuqları
Ənənəvi Çex toyuqlarının cinsləri
Çex toyuqlarının tarixi
Çex toyuqları qədim cinsə aiddirlər hansının ki, tarixini ötən əsrlərdə izləmək mümkündür. İlk dəfə bu cinsin adı 1205-ci ildə Danimarka kralına Valdemar II-ə onun çex şahzadəsi Bohemiyalı Marqarita ilə toy münasibəti ilə hədiyyə olunaraq çəkilib. Çex toyuqlarını adətən rəngarəng yetişdirirdirlər. Ən çox qızıl və vəhşi rənglərinin birləşməsində. Çex toyuqları əsasən Çexiya ərazisində 19-cu əsrin yarısına kimi olan yerli toyuq cinsinə aid kənd toyuqlarından gəlirlər. 19-cu əsrin yarısından bu avtoxtonlar xaricdən gətirilən toyuq cinsləri ilə cütləşdirilərək əsl çex toyuqlarını yox olma təhlükasinə atıblar.
Buna görə də 1913 ilin avgust ayında Havliçkuv Brod’dan olan Karel Şkoda (3 fevral 1862 ildə anadan olub., 1 may 1927 ildə ölüb) Bohemiya-Moraviya Yüksək Dağlıq Ərazilərdə və Humpolets bölgədə tapılan kənd toyuqlarından hissəsindən sürü yaradıb. Karel Şkoda iki cins yetişdirmişdir – biri Komorovice kəndinin toyuqlarından, o biri isə Çex Şitsendorf kəndinin (indi ki Strjibrne Hori kəndinin hissəsi) fermasından alınan toyuqlardan. 1924-1925 illər də Komorovitse kəndindən olan toyuq cinsi tanınıb və ona Çex gızıl xallı toyuq adı verilib. Çex Şitsendorf kəndin dən olan cinsə isə - Çex kəkilli toyuğu. Çestmir Sedlak (1890 ildə anadan olub., 5 iyun 1957 ildə ölüb) Klatovi və Dobrjiş regionlarında yetişdirilən qalıq yerli toyuqlardan populyasiya yetişdirmişdir. Sonra bu populyasiyalar qarışdırılmışdırlar. 1936-cı ildə çex qızıl xallı toyuq iqtisadi cəhətdən mühüm heyvandarlığa aid görünmüşdür. 1985-ci ildə 3600 toyuq nəzarət altında yetişdirilmişdir. 1992-ci ildə qızıl xallı toyuq cinsi Çexiyanın genetik ehtiyatlarına daxil edilmişdir. 20-ci əsr ərizində çex toyuqlarının balacaboy cinsi yaradılmışdır.
Şumava toyuqları
Əsl Şumava toyuğu əsasən Bohemiya Meşəsinin (Çexiyada Şumava adlanan) dağətəyində yetişdirilən qədim toyuq cinsidir. Yəqin ki, bu regional çex toyuqlarının cinsindən biri olub. Təəsüf ki, əsl Şumava toyuqlarının nəsli kəsilmişdir. Bu cinsin müasir tarixi 1945-ci ildən sonra başlayıb. Cinsin bərpası üçün Vimperk və Kaşperske Hori regionlarından əsl Şumava toyuqlarına ən çox oxşayan toyuqlar seçilmişdir. Bu toyuqlar bir neçə orta boylu toyuq cinsləri ilə, rod-aylend, viandot, plimutrok, nyu-hempşir kimi, cütləşdirilmişdirlər. Yetişdirmə prosesində alınan nəticə hal hazırda Şumava cinsi adlandırılır, hansı ki, lakin, əsl cinsdən bir qədər fərqlənir. Şumava toyuqları yalnız qızıl rəngli, qara səpələmə li və qara quyruqlu saxlanılıblar.