Çex toyuqları Facebook Twitter LinkedIn

Ənənəvi Çex toyuqlarının cinsləri


  • Haqqında
  • Çex toyuqlarının tarixi
  • Çex qızıl xallı toyuğu
  • Şumava toyuğu
  • İnkubator yumurtalarının satışı
  • Bizimlə əlaqə
  • Çex qızıl xallı toyuğu

    Çex qızıl xallı toyuq cinsinin xüsusiyyətləri

    Çex qızıl xallı toyuq cinsi – yüngülçəkili cinsdir. O Mərkəzi Avropanın sərt ekoloji şəraitinə yaxşı adaptasiya edilib. Cins çox temperamentli, qorxaq,ehtiyatlı, yemləmə və yetişdirilməyə tələbsizdir, dözümlü və qida axtarmaqda çox aktiv bir cinsdir. Bu xüsusiyyətlər toyuqları yarı əsir həmçinin böyük otarmalarda yetişdirməyə mümkün edirlər.

    şəkil Çex qızıl xallı toyuğu, toyuq şəkil Çex qızıl xallı toyuğu, xoruz

    Xoruzun çəkisi 2,3-2,8 kg., toyuğun çəkisi – 2-2,5 kg. Toyuqlar ildə 150-190 yumurta verir, bir yumurtanın çəkisi 55-60 g. Yumurtaların rəngi- krem rəngli (sarı rəngdən solğun qəhvəyiyə). Toyuğun əti yüksək keyfiyyətli, dadlı və yumşaqdır.Kürt toyuqları yumurtalarını kürt yatmaq və balalarını böyütmək üçün çox yaxşı analıq instinktinə malikdirlər.

    Rənglər

    Əsl rəngləri qızıl xallı və turac olublar. Sonra yeni rənglər müxtəliflikləri yaradılıb: qızıl, gümüş, gümüş xallı, qara, ağ-qara. Lələklərin rənginin müxtələfliyi onların rəngini kontrol edən ayrı ayrı genlərin olmasından asılıdır. Rənglərindən asılı olmayaraq bütün lələklər eyni faydalıq xüsusiyyətlərinə malikdirlər.

    Halqanın ölçüsü
    xoruz 18 mm
    toyuq 16 mm

    Balacaboy Çex toyuqları

    Çex toyuqlarının cırtdan cinsi 20-ci əsr ərizində yaradılıb. Xoruzun çəkisi 0,9-1,2kg., toyuğun çəkisi – 0,7-1kg. Toyuq ildə 100-120 yumurta verir., bir yumurtanın çəkisi 40 g. Qızıl xallı və gümüş xallı toyuqlar saxlanılıb.

    Halqanın ölçüsü
    xoruz 13 mm
    toyuq 11 mm

    Çex toyuqları > Çex qızıl xallı toyuğu

    Copyright © Çex toyuqları, 2008-2024. Bütün hüquqlar qorunur Son yenilənmə 01. aprel 2024